16 Avqust 2017 09:58
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun Qusar şəhərində adını daşıyan küçədə barelyefi qoyulub.

Teleqraf.com-un məlumatına görə, dünən ictimaiyyətin nümayəndələrinin iştirakı ilə barelyefin açılış mərasimi keçirilib.

Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən ermənilərin pusqusuna düşüb və şəhid olub.

Bütün beynəlxalq normaları pozan erməni tərəfi Çingiz Qurbanovun nəşini üç həftə sonra, 2017-ci il fevralın 5-i Azərbaycana təhvil verib.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Müəllif: Nərgiz