17 Avqust 2017 10:45
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın “Kopenhagen” üzərində qələbə qazanması xalqımızın yaddaşında üzün müddət getməyəcək. Cavab oyunu Kopenhagendə olduğu üçün Azərbaycan icmasının üzərinə böyük məsuliyyət qoyur. Xaricdə yaşayan soydaşlarımız “Qarabağ”ı tək qoymamalıdırlar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev səsləndirib.

Onun sözlərinə görə, komandanın xarici ölkələrdə yaşayan həmvətənlərimizin dəstəyinə böyük ehtiyacı var.

Deputat qeyd edib ki, “Qarabağ” xalqımızın sevimli klubuna çevrilib: “Azarkeşlərin güclü dəstəyi “Qarabağ”ın oyunlarda qələbə qazanmasına böyük stimul yaradır. Avqustun 23-də “Qarabağ”ı çətin sınaq gözləyir. İnanıram ki, komanda qələbə qazanıb Çempionlar Liqasının qrup siyahısına düşüb dünyanın nüfuzlu klublarını ölkəmizə gətirəcək”.


Müəllif: Nərgiz