12 Sentyabr 23:56

Sabah ARB TV-nin aparıcısı Rahil Sayadoğlunun toyudur.

Teleqraf.com xəbər verir ki, Rahil Kərimov Aynur Əhmədova adlı xanımla ailə həyatı qurur. Bu barədə o, özü sosial şəbəkədə yazıb:

“Həyatım dəyişir, "iki nəfər"lik rejimə keçirəm. Həyəcan plyus sevinc bərabərdir toy! Son 1 gün qaldı... Məndən olsaydı, daha çox dostu dəvət edərdim, amma olmur, gah yer məhdudluğu, gah xərcə salmamaq fikri... Adam qalır çarəsiz, amma çarə sizsiniz - hörmətli dəvətlilər.

Əlinizdən gələni edin ki, toy möhtəşəm keçsin. Biz də bəy və gəlin olaraq sizə qoşulacağıq”.


Müəllif: Könül