17 Oktyabr 2017 17:29
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) valideyinlər və abituriyentlərin ən çox maraqlandığı “2018-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında dəyişiklik olacaqmı?” sualına cavab verib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, 2018-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək.

2018-ci ilə dair yeganə dəyişiklik ondan ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən rus (gürcü, ingilis) bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən də imtahan verəcəklər.


Müəllif: Şəfiqə