18 Oktyabr 2017 01:45
2 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ayfon 8" mobil telefonu gözlənilən satış rekordunu qıra bilməyib.

Teleqraf.com-un məlumatına görə, "Əpl" şirkətinin sentyabrın 12-də təqdimatını keçirdiyi "Ayfon 8" və "Ayfon 8 Plus" yeni modelləri artıq bir çox ölkələrdə satışa çıxarılıb. Lakin bundan əvvəlki "Ayfon 7" modeli iPhone 8-dən daha çox satılır.

Bunun səbəblərindən biri kimi noyabrda təqdimatı gözlənilən "Ayfon X" modelinə görə "Ayfon 8"ə marağın azalması göstərilir.

Həmçinin "Ayfon 8"də "Ayfon 7" ilə müqayisədə çox yenilik olmadığı üçün, həm də ucuz qiymətə görə əksər alıcıların əvvəlki modelə üstünlük verdiyi bildirilir.

Qeyd edək ki, "Ayfon 8"in ABŞ-da qiyməti 699 dollardan başlayır. "Ayfon X"in qiymətinin isə ən azı 999 dollar olacağı deyilir.


Müəllif: Teleqraf.com