20 Oktyabr 2017 10:20
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, çöl quşları və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reyd keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, keçirilən reyd zamanı Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.


Müəllif: İlhamə Əbülfət