24 Oktyabr 2017 11:55
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Palatanın səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar olaraq “Hesablama Palatası haqqında” qanuna dəyişiklik təklif edilir.

Teleqraf.com xəbər verir ki, dəyişikliyə əsasən, inzibati xəta əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərəcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki indiyək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir, digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərirdi.


Müəllif: Teleqraf.com