1 Noyabr 22:22
95

ABŞ prezidenti Donald Tramp ABŞ-da daimi yaşamaq izni verən “Green Card” viza lotereyasını ləğv etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, o, bu lotoreyanın ləğvi üçün konqresə müraciət edəcək.

“Mən bu gündən başlayaraq viza proqramının ləğvinə çalışacam. Bunu çoxdan etmək istəyirdim. Bundan ən qısa zamanda xilas olmaq lazımdır”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, ötən gün Nyu-Yorkda terror aktı törədən Özbəkistan vətəndaşı Seyfullo Saipov 2010-cu ildə, Dövlət Departamenti tərəfindən keçirilən “Green Card” lotereyasını qazanaraq ABŞ-a köçüb.

“Green Card” viza lotereya proqramı 1990-cı ildən fəaliyyət göstərir və hər il təxminən 50.000 immiqrant seçilir. Viza almaq üçün ingilis dilini müəyyən bir səviyyədə bilmək, təhsil və başqa bir dövlətin qarşısında öhdəliyin olmaması əsas tələblərdəndir.


Müəllif: Teleqraf.com