19 Fevral 2018 12:38
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:52

Dünən gecə saatlarında başlayaraq yağan qardan sonra Quba-Xınalıq yolu müvəqqəti bağlanıb.

Bu barədə Teleqraf.com-a Xınalıq İcra nümayəndəliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda qar uçqununun təmizlənməsinə başlanılıb:

“Xınalığa 50 sm-dən çox qar yağıb. Kəndin 30-35 kilometrliyində problem qalıb və həmin istiqamətdə kəndlərlə nəqliyyat əlaqəsi kəsilib. Qar uçqunu 6-7 kəndlə əlaqəni kəsib”.

Xınalığın icra nümayəndəliyindən qeyd edilib ki, qar uçqunu elektrik xətlərinə də problem yaradıb.

Qeyd edək ki, dünən gecədən Quba, Qusar rayonlarının dağlıq ərazisində güclü qar yağmağa bağlayıb.

***

Qar yağması nəticəsində Qubanın Xınalıq və Xaldan yolunda problem yaranıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Xaldan yolundakı problem aradan qaldırılıb:

“Hazırda yol açılıb. Dünən gecədən Xınalıq yoluna güclü qar yağıb və dağdan qar uçqunu yola tökülüb.

Nəticədə 30-cu kilometrdə yerləşən Qrızdəhnə kəndində yol bağlanıb.

Dünən axşam əraziyə Agentliyin texnikası göndərilib. Qar intensiv yağdığı üçün yolda təkrar uçqunlar baş verib və texnika yola buraxılmayıb. Səhər saatlarından yolların təmizlənməsi istiqamətdə işlər aparılır”.

Anar Nəcəfli qeyd edib ki, axşam saatlarına kimi bağlanan yol açılacaq:

“Qrızdəhnədən Xınalığa kimi yol bağlıdır və yolun təmizlənməsi vaxt aparır. Yolların axşam saatlarına kimi təmizlənməsi planlaşdırılır”.


Müəllif: İlhamə Əbülfət