21 Aprel 2018 16:55
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədidə su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının internet səhifəsinə vediyi müsahibədə bildirib.

ASC sədri qeyd edib ki, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisini başa çatdırmağı da hədəflənib: “Bu il daha bir şəhərdə - Qazaxda su və kanalizasiya layihələrinin icrasına start veriləcək, 10-dan artıq şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.

2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasının kənd və qəsəbələrində layihələrin icrası davam etdiriləcək. Paytaxt ərazisində, o cümlədən Babək prospekti, Təbriz və Mir Cəlal küçələrində avtomobil yollarının yenidən qurulması işləri çərçivəsində uzun müddət istismarda olan və qəzalı vəziyyətə düşən su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur”.

Qorxmaz Hüseynov bildirib ki, ötən il olduğu kimi, içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq: “Artıq bu istiqamətdə işlərə başlanılıb, kəndlərin müəyyənləşdirilməsi və layihələndirmə işləri davam etdirilir. Abonentlərə göstərilən müştəri xidmələrinin keyfiyyətinin yüksəldilməsi, əhalinin suölçən cihazlarla təmin olunması üzrə işlər davam etdiriləcək. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 elektron xidmət abonentlərin işini daha da asanlaşdıracaq”.


Müəllif: İlhamə