27 Aprel 2014 16:19

Bu gün Azərbaycan Kommunist Partiyası ölkədə sosialist inqilabının 94-cü ildönümü münasibətilə tədbir keçirib.

Partiyadan Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, tədbirdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, Sumqayıt Şəhər Komitəsinin birinci katibi Sabir Hüseynov “Azərbaycan Kommunist Partiyasının mübarizə yolu” mövzusunda məruzə edib. Məruzə ətrafında çıxışlar olub.

Daha sonra AKP sədri Rauf Qurbanov başda olmaqla tədbir iştirakçıları Azərbaycanda Sosialist inqilabının banisi Nəriman Nərimanovun abidəsini ziyarət edərək heykəlin önünə tər gül dəstələri qoyub.

Nihad


Müəllif: