24 May 2018 11:27
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayında məscidlərdə azanın fərqli saatlarda səslənməsi ilə bağlı bizə bu günə qədər müraciət daxil olmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu məsələ ilə bağlı rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərəfindən təsdiq edilən təqvim var: "Rəsmi təvqimdə qeyd edilən vaxtlardan kənara çıxanlar olan zaman bununla bağlı ciddi tədbirlər görüləcək. Bu faktlar haqqında şikayət daxil olarsa, nümayəndələrimiz həmin məscidin imam və naibləri haqqında protokollar tərtib edərək onları məsuliyyətə cəlb edə bilərlər".


Müəllif: Könül