16 Avqust 2014 10:50

Dünyaya gələrkən başından travma alan, hazırda 3 yaşı olan Aynur Qəhrəmanova və anası Vüsalə Qəhrəmanovanın köməyə ehtiyacı var.

Aldığı travma nəticəsində körpənin başının arxasında və qulağının dibində vəzlər əməl gəlib.

Özü də fibroz xəstəliyindən əziyyət çəkən Vüsalə Qəhrəmanova FaktXəbər-ə müraciət edərək bildirib ki, uşağın böyrəkləri şişib, duzlaşmaya məruz qalıb və artıq fəaliyyətini dayandırmaq üzrədir: “Yoldaşım bizi atıb gedəndən sonra 50 AZN aliment alıram. Əldə etdiyim məbləğ ancaq bizim qidamıza yetir. Qızımın müalicəsi üçün 600 AZN lazımdır. Bütün imkanı olan şəxslərdən kömək istəyirəm”.

Qeyd edək ki, azyaşlıya kömək etmək istəyənlər 0706146105 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Müəllif:
Загрузка...