18 Avqust 2014 16:46

"Cavad Heyətin İran səfirliyində olan vəsiyyətnaməsi köhnədir. Bu vəsiyyətnamə üç il əvvəl doktor Heyət tərəfindən səfirliyə təqdim olunub".

Bunu mərhum professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi bildirib.

Onun sözlərinə görə, səfirliyin açıqlamasında həqiqət var: “Cavad Heyətin Tehranda dəfn olunmasını yazdığı vəsiyyətnamə var, amma o köhnədir. Mən bildiyimə görə, orda üç yer göstərilmişdi, amma sonradan o vəsiyyətnamə dəyişdirilib. Çox güman ki, səfirlik köhnə vəsiyyətnaməni əsas götürüb. Həm də mən bu barədə geniş danışmaq istəməzdim, o qədər geniş məlumata malik deyiləm. Mərhumun qardaşı Məhəmmədrza Heyət məsələ ilə bağlı açıqlama verəcək”.

/APA/


Müəllif:
Загрузка...