2 May 2014 10:29
640

Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

Kollegiyada respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri iştirak edirlər.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayətlər və qarşıda duran vəzifələrə həsr olunub.

İclasda həmçinin görülən işlər, ölkədəki kriminogen durumla bağlı hesabat veriləcək.


Kollegiyada respublikada törədilən cinayət hadisələri, həmin cinayətlərin açılması sahəsindəki neqativ hallar sadalanacaq, fəaliyyətində nöqsanlara yol vermiş polis məmurları ilə bağlı ölçülər götürüləcək.


Müəllif: