13 May 2014 16:27
2 023

Ötən həftə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə AMEA-nın İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin edilib. İnstitutun keçmiş direktoru, iqtisad elmləri doktoru İsa Alıyev isə öz xahişi ilə vəzifəsindən gedib.

Bu gün Teleqraf.com-un əməkdaşı İqtisadiyyat İnstitutuna baş çəkərək sözügedən elm müəssisəsinin rəhbərindən açıqlama almaq istəyib.

Qəbul otağında gözləyən əməkdaşımızın qəbul növbəsi çatanda Nazim İmanovun köməkçisi belə deyib: “Nazim müəllim jurnalist qəbul etmir, nəinki sizi, heç bir jurnalisti qəbul etməyəcək”.

Nazim İmanov Azərbaycanda ilk qeydiyyatdan keçən siyasi partiyalardan biri olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaradıcılarından biri olub, 1995-ci ildə Milli Məclisin deputatı seçilib. AMİP-dən istefa verdikdən sonra, 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılsa da deputat seçilməyib. Həmin vaxtdan etibarən aktiv siyasi fəaliyyətini dayandırıb.

NİGAR


Müəllif: