3 Mart 2015 08:16
359

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Exeter Universitetində səssiz aksiya keçirilib.

Teleqraf.com-un məlumatına görə, ksiya zamanı üzərində “Justice for Khojaly” yazılmış geyimlərdə olan azərbaycanlı tələbələr universitetdə insanların diqqətini Ermənistan tərəfindən Xocalıda əliyalın, silahsız insanlara qarşı törədilmiş vəhşiliklərə cəlb ediblər. Belə ki, aksiya çərçivəsində soyqırımını əks etdirən fotolar nümayiş etdirilib, qətliam haqqında broşürlər paylanılıb.

Tələbələr, həmçinin universitetdə “Xocalıya ədalət” stendi təşkil ediblər. Universitetdə fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri, stend vasitəsilə xarici tələbələri ölkəmizə qarşı törədilən soyqırımı haqqında ətraflı məlumatlandırıblar.


Müəllif: