16 Mart 2015 14:37
384

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi Ağcabədi rayonunda “Karyera Planlama xidməti”-nin ilk təliminə start verib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, iki ay davam edəcək təlim kursu çərçivəsində gənclərə şəxsi inkişaf, biznesin iqtisadiyyatı, əmək, kapital, təbii resurslardan səmərəli istifadə kimi ümumi bilgilər veriləcəkdir.

Təlimin ilk günündə iş müsahibəsinə hazırlıq,özünü təqdim etmə, şəxsi inkişaf interaktiv metodikalardan istifadə edilməklə tədris olunan mövzuların gənclər tərəfindən daha yaxşı anlaşılması üçün “tətbiq edərək öyrənmək” texnikalarından istifadə edilmiş, qrup məşğələləri aparılıb.

Silsilə şəkildə 24 saat keçiriləcək təlimlər regionun aparıcı biznes müəssisələrinin sahibkarları və rayon icra hakimiyyətinin rəsmiləri tərəfindən həyata keçiriləcəkdir. Gənclərin məşğulluq imkanlarının artırılmasına hesablanmış təlim kursunun sonunda iştirakçıların məlumat bazası hazırlanacaq, onlar üçün əmək yarmarkaları təşkil ediləcəkdir.

BƏXTİYAR


Müəllif: