22 May 2014 18:52
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya işləməyə gedən azərbaycanlılar ciddi problemlə üzləşib.

Teleqraf.com bildirir ki, bu ölkədə yaşayan soydaşlarımız müxtəlif yollarla sıxışdırılır.

Moskvada çalışan soydaşımız Teymur Hüseynovun sözlərinə görə, azərbaycanlılar viza məsələsi ilə əlaqədar vətənə glib qayıtdıqdan sonra onları Rusiyaya buraxmırlar. Səbəb kimi onların guya Rusiyadan deportasiya edildiyini bildirirlər. Artıq bu prosses kütləvi hal alıb.

Soydaşlarımız uzun illər Rusiyada qurduqları işlərini bir anda itirirlər. Rusiya rəsmiləri soydaşlarımıza qarşı bu cür davranmasına hər hansı bir izah vermir. Ehtimalllara görə, Rusiyanın məqsədi ölkədən azərbaycanlıları çıxardıb, yerinə Ukraynada yaşayan rusları yerləşdirməkdir. /anspress/


Müəllif: