2 İyul 2015 08:53
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurası professor-müəllim heyətinin vəzifə maaşlarının artırılmasına qərar verib.

Teleqraf.com-a Universitetin Marketinq və Kommunikasiya Departamentindən verilən xəbərə görə, qərara uyğun olaraq, yeni vəzifə maaşları kafedra müdirləri 1500, professorlar 1300, dosentlər 880, baş müəllimlər 760, müəllim və asissentlər 680, dekan müavinləri üçün isə 1200 manat müəyyən edilib.
Yeni artımlardan sonra universitetin pedaqoji heyəti üzrə orta aylıq əmək haqqı 985 manat olacaq.

SEVİL


Müəllif: