11 İyul 2015 00:04

Dənizdə boğulan 5 nəfər xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda 4 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:31-də başa çatıb.

Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.


Müəllif:
Загрузка...