13 İyul 2015 14:45
404

Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan 2,5 milyon manat maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, növbəti iftar süfrəsi iyulun 10-da Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən açılıb. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazimov, dini icma üzvləri, ağsaqqallar, gənclər, həmçinin, dindarlar iştirak ediblər. A. Kazımov bildirib ki, ölkə rəhbərliyi hər zaman dindarlara diqqət və qayğı göstərir. Dindarların ibadəti üçün hər cür şəraitin yaradıldğını bildirən şöbə müdiri dövlətin dinə diqqət və qayğısının təməlinin ümummili lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Elə həmin gün DQİDK-nın Bakı şöbəsinin əməkdaşlarının iştirakı ilə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbə məscidi dini icması və eləcə də, Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması, eləcə də iyulun 11-də Yasamal rayonu “Xanım Zəhra” məscidi tərəfindən də iftar süfrələri təşkil olunub.

Həmçinin Şamaxı rayonunda təxminən 40 nəfərin iştirakı ilə iftar süfrəsi təşkil edilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, DQİDK sədrinin birinci müavini Səyyad Aran, RİH başçısının müavinləri, Şamaxı rayonu “İmamzadə” məscidi dini icmasının sədri və eyni zamanda QMİ-nin səlahiyyətli nümayəndəsi Elşən Rüstəmov, Şamaxı bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, o cümlədən Şamaxı “Cümə” məscidi dini icmasının üzvləri, dini icma sədrləri, imam və axundlar, rayon ağsaqqalları, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri iştirak ediblər.

İyulun 11-də isə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasında iftar süfrəsi açılıb. Tədbirdə Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümmətov, Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, rayon İcra Hakimiyyətinin nümayəndələri, dindarlar, ağsaqqallar iştirak ediblər.

Bundan başqa, Ağcabədi rayonu Muğanlı kənd məscidi dini icması və həmçinin, Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icması tərəfindən iftar süfrələri açılıb. Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon İcra Hakimiyyətinin nümayəndələri, eləc də dindarlar iştirak ediblər.

BƏXTİYAR


Müəllif: