17 İyul 2015 14:57

Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Quba şəhəri, Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-in yanı) başlayacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 20-dək, saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba - 070 (50) 235-77-88
Qusar - (070) 317-24-13; (055) 435-76-16
Siyəzən - (050) 569-43-76; (055) 694-53-76
Şabran - (055) 612-26-62
Xaçmaz - (055) 395-44-58; (070) 747-80-41


Müəllif:
Загрузка...