27 İyul 2015 13:13

İyulun 26-da Şamaxı rayonunun Dağ Bağırlı kəndində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə su çəkilməsi, Sabir bulağının açılışı ilə əlaqədar təntənəli mərasim olub.

Millət vəkilinin Seçki Qərargahından Teleqraf.com-a verilən məlumata görə, mərasimdə millət vəkili Elxan Süleymanov, Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, rayon ictimaiyyətinin nümayəndələri və Dağ Bağırlı kəndinin sakinləri iştirak ediblər. E.Süleymanov bu əlamətdar hadisə ilə bağlı kənd sakinlərini təbrik edib, yaxın gələcəkdə həyata keçiriləcək işlər haqqında danışıb. Millət vəkilinin təşəbbüsü ilə rayonda 5-ci ildir keçirilən “M.Ə.Sabir qiraəti günləri”nin qalibləri böyük şairin şeirlərini söyləyiblər. Mərasimdə Aşıq Ağamurad Mərzəngəli bədii proqramla çıxış edib. Daha sonra millət vəkili Dağ Bağırlı kəndinin gənc sakinləri Tural və Günayın toy mərasimində iştirak edib.

Qeyd edək ki, Şamaxının millət vəkilinin təşəbbüsü və dəstəyi ilə rayonun artıq onuncu kəndinə su çəkilib və Sabir bulaqları inşa edilib.

BƏXTİYAR


Müəllif:
Загрузка...