29 İyul 2015 13:03
356

Müəllimlərin işə qəbulla bağlı imtahanları bu gün yekunlaşır və iyulun 30-dan avqustun 3-dək müsahibə mərhələsi keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən Teleqraf.com-a məlumat verilib. Məlumatda bildirilir ki, test imtahanları bitdikdən sonra vakant yerləri tutumaq hüququ qazanan müəllimlər müsahibə mərhələsinə buraxılacaq.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplamış, lakin vakant yer tutmayan namizədlər iştirak edə bilərlər.

NİGAR


Müəllif: