4 İyun 2014 10:38
934

Müdafiə Nazirliyi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sorğusunu cavablandırıb.

Teleqraf.com-un məlumatına görə, "Müdafiə Nazirliyində dəyişiklikliklərlə bağlı mətbuat konfransı keçiriləcəkmi" sualına cavab olaraq nazirlikdən bildirilib ki, ictimaiyyəti məlumatlandırmaq istiqamətində Silahlı Qüvvələrdə baş verən hadisələr, görülən işlər barədə rəsmi internet səhifəsi vasitəsilə gündə bir neçə dəfə, kütləvi informasiya vasitələri nümayəndələrindən ünvanlanan yazılı və telefonla daxil olan şifahi sorğulara isə mütəmadi olaraq cavab verilir: “Mətbuat konfransı planlaşdırılarsa əvvəlcədən KİV-ə xəbər veriləcək”.

Mərkəzin hərbi qulluqçuların mənzillə təminatı istiqamətində mövcud problemlərin həlli üçün hansı işlər görülməsi sualına nazirlik tərəfindən vurğulanıb ki, hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına uyğun olaraq yaradılmış müvafiq Komissiyanın səlahiyyətlərinə aid olduğundan bu quruma müraciət etmək tövsiyə olunur: “Hazırda hərbi qulluqçular 212 daimi və 487 xidməti mənzillə təmin olunublar.

“Doktrina” JHAM "millət vəkili Zahid Orucun müdafiə naziri Zakir Həsənovun parlament qarşısında hesabat verəcəyinə inandığını bildirib. Belə hesabatın verilməsinin mümkündürmü" sualına nazirlikdən belə cavab verilib: "Müdafiə Nazirliyi qarşısında bu kimi məsələ qaldırılarsa, onun müsbət həlli labüddür.

BƏXTİYAR


Müəllif: