1 Aprel 2016 15:39
332

“BakuBus”a məxsus 6 saylı avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə “BakuBus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bununla əlaqədar 6 saylı xətt “Azadlıq” metrostansiyasının önündən İçərişəhər metrostansiyasına qədər hərəkət edəcək:

“Aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

6 saylı xəttimiz Azadlıq metro stansiyasının önündən İçəri şəhər metro stansiyasına qədər hərəkət edəcək”.

Naibə QURBANOVA


Müəllif: