6 Aprel 2016 12:23

Tərtərdə gedən döyüşlərdə müğənni Nadir Qafarzadənin dayısı nəvəsi Novruzov Ravil Elman şəhid olub.

Bu haqda Teleqraf.com-a Nadir Qafarzadə özü məlumat verib: “Gözlərimin önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Şəhidlərimizin ölümünə çox pis oldum. Neçə-neçə ailələr gözü yaşlı qaldı. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. İnanıram ki, onların qanı yerdə qalmayacaq. Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm. Övladları şəhid olan hər bir ailəyə başsağlığı verirəm. Vətənin başı sağ olsun”.

Rəqsanə


Müəllif:
Загрузка...