18 May 2016 12:04
200

“Ailə, qadın və uşaq problemləri üzrə məişət zorakılığı ilə bağlı məlumat bazası yaradırıq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, regionlarda məişət zorakılığı sahəsində çətinliklər var: “Çox zaman regionlardan məişət zorakılığı ilə bağlı məlumatı toplamaqda çətinlik çəkirik. Rayonlara sorğu göndərəndə bizə elə bir fakt olmadığı cavabı verilir”.

Hicran Hüseynova əlavə edib ki, komitənin məişət zorakılığı ilə bağlı məlumat bazası yaratması cəmiyyətə doğru informasiyanın çatdırılmasına xidmət edəcək: “Bu bazanın inkişafı üçün bütün aidiyyəti dövlət qurumlarının dəstəyi olmalıdır. Lakin bəzi regionlardan bu məlumatları bizə vermirlər. Habuki həmin rayonlardan il ərzində bizə çoxlu məlumatlar daxil olur.

Bilməliyik ki, məişət zorakılığı faktlarını gizlətmək bizə zərər vurur”.

Komitə sədri qeyd edib ki, rayonlarda monitorinq qrupları fəaliyyət göstərir. Həmin regionlarda məişət zorakılığı faktlarının azaldığı müşahidə olunur.

İlhamə


Müəllif: