26 May 2016 09:14
189

Füzulidə 1 ədəd partlamamış mərmi tapılıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 9 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.

Əskipara kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 19 500 kv. m ərazi yoxlanılıb.

Cəmi: 5 ev və həyatyanı sahə, 13 partlayış yerinə baxış keçirilmiş və nəticə etibarilə 28 500 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonu

Hacılar kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 2 500 kv. m ərazi yoxlanılıb.

Cəmi: 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilmiş və nəticə etibarilə 2 500 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar olunaraq götürülmüş, nəticə etibarı ilə 645 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilmiş, 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar olunaraq götürülmüş və nəticə etibarilə 645 kv. m ərazi təmizlənib.

25 May tarixində 6 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 100 mm-lik top mərmisi aşkar olunaraq götürülmüş və gün ərzində 31 645 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 25 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 524 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 458 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Müəllif: