20 İyun 2014 12:27

İyulun 2 və 3-də Şəki şəhərində gənclərin hepatitlə mübarizəsinə həsr olunmuş “Mən ailəmi qoruyuram!” adlı seminarlar keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, seminarlar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsi çərçivəsində fondun maliyyəsi hesabına həyata keçirilir.

Layihənin təşkilatı dəstəyi Şəki Mərkəzi Rayon Xəstəxanasıdır. Layihənin sponsorları Grand Hospital və Roche Azərbaycan şirkətidir.

İyulun 2 və 3 tarixlərində keçiriləcək seminarlarda ölkədə çalışan tanınmış həkim hepatoloqlar şəkili gənclərə hepatit virusu, hepatitə yoluxma ilə nəticələnən zərərli vərdişlər, onun müalicə yolları, yoluxma səbəbləri, gənc qadınlarda hamiləlik zamanı hepatitlər və uşaqların hepatitdən qorunması mövzularında təlimlər verəcəklər.

Layihənin rəhbəri Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimi Günay Əliyevadır. Seminar 2 gün ərzində 200 nəfər gənclə maarifçilik işinin aparılmasını hıəyata keçirəcək.

Layihənin məqsədi əsrimizin bəlalarından birinə çevrilmiş hepatit xəstəliyinin vaxtında önlənməsi və ona yoluxma hallarının maarifçilik yolu ilə azaldılmasına çalışmaq, hər bir Şəki gəncinin öz ailəsini gələcəkdə bu bəladan qorumaq üçün ətraflı məlumata sahib olmasını saxlamaq və bu gənclərin gələcəkdə ətrafdakı insanlara da anlatması yolu ilə daha böyük gənclər auditoriyasına çıxış əldə etmək məqsədi daşıyır.

Hepatit virusundan bu gün dünyada 500 milyondan çox əziyyət çəkən insan var. Hər il 500 min nəfərdən çox insan bu xəstəlik üzündən həyatlarını itirir. Xəstəliyin yayılma səbərlərindən ən birincisi isə bu virus haqqında insanların məlumatlarının olmamasıdır. Dünyanın bütün tanınmış hepatoloqları israrla söyləyirlər ki, bu xəstəlik haqqında bilikləri olan insanlar ondan qorunmağı bacarırlar.

Naibə


Müəllif: