31 May 2016 15:35
222

Yazıçı Çingiz Abdullayev əsərlərinin əsas qəhrəmanı Dronqodan bəhs edən “Xeyirlə Şərin rəqsi” filmini bəyənib.

Teleqraf.com xəbər verir ki, yazıçı özünün yaratdığı Dronqo obrazını özündən ağıllı hesab edir: “Qızım 14 yaşında olanda mənə maraqlı bir sual verdi. Soruşdu ki, ata, sənin baş qəhrəmanının prototipi kimdir, kimdən yazırsan. Mən də dedim, bir az fikirləş, mənimlə yaşıddır, məni kimi zarafatlaşır, danışır... Dedi, başa düşdüm, amma sən onu qədər ağıllı deyilsən. Qızımla söhbətdən sonra başa düşdüm ki, qəhrəmanım məndən qat-qat ağıllıdır.

“Xeyirlə Şərin rəqsi” filmi Azərbaycanda çəkilən üçüncü filmimdir. İlk ssenarimi Mehriban Ələkbərzadə çəkib. Film çox ağır mövzulu idi. İkincini isə Ənvər Əbluc çəkdi. O film İranla birgə istehsal idi.

Mənim əsas qəhrəmanım Dronqo isə əcnəbi ölkələrdə ekranlaşdırılıb. Azərbaycanda çəkilən ilk Dronqonu İlqar Muradov oynadı. Moskvada Dronqo adından bir restoran açıblar, orda bu rolu oynayan aktyorların şəkilləri var. Düşünürəm ki, İlqar Muradovun da şəkli orda olmalıdır”.

Nərmin


Müəllif: