23 İyun 2014 13:07
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda axtarışda olan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Nigar Məmmədova tutulub.

N.Məmmədova barəsində Cinayət Məcəlləsinin (CM) 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarış elan edilib.

Bundan əlavə paytaxtda CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan iki nəfər tutulub. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Müşviq Kazımov, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Elmin Babayev tutulublar.

Hacı Zeynalov


Müəllif: