4 İyul 2016 17:16
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirli bilinən Radik Məmmədov və Nazim Zəkərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Radik Məmmədov ömürlük , Nazim Zəkərayev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2014-cü ilin oktyabrın 18-də Xaçmaz rayonun Ləcət kəndinin meşə zolağında Xudat şəhər sakini, 1982-ci il təvəllüdlü Zamiq Xeyirov qətlə yetirilib.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədildiyi müəyyən olunub. Polis əməkdaşları Nazim Zəkərayevi həbs ediblər. Hadisədən sonra Radik Məmmədov ölkə hüdudlarından kənara çıxdığı üçün onu həbs etmək mümkün olmayıb.

24 yaşlı Radik Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub, saxlanılması üçün İnterpola müraciət edilib. Bir neçə aydan sonra Radik Məmmədov Rusiya ərazisində həbs olunaraq Azərbaycan tərəfə təhvil verilib.

Hacı Zeynalov


Müəllif: