24 İyun 2014 12:25
485

Bakıda minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü yanaraq ölüb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.


Məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli yaşayış sahəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1990-cı il təvəllüdlü Seyidəli Abbasovun idarə etdiyi “VAZ-2106” markalı və 1986-cı il təvəllüdlü Samir Cəfərovun idarə etdiyi “Zil” markalı avtomobillər toqquşub.

Seyidəli Abbasov avtomobildə yanaraq ölüb.

Hacı Zeynalov


Müəllif: