24 İyun 2014 14:20
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada müxtəlif cinayətlərə görə, axtarışda olan iki nəfər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Oğuz Məmmədli tutulub.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Asif Məmmədrzayev həbs edilib.

Hacı Zeynalov


Müəllif: