19 İyul 2016 01:52

Yevlaxda 23 yaşlı oğlan çayda batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, iyulun 17-də Kür çayının Yevlax rayonu, Kövər kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batmış 1993-cü il təvəllüdlü Elməddin Siyafəddin oğlu Abdulrəhmanovun cəsədi batdığı yerdən 120 metr aralıda tapılıb.

Meyit sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 18:10-da başa çatıb.


Müəllif: