30 İyul 2016 11:20

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən beynəlxalq axtarışa verilən 51 nəfərin yeri müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, bu ilin 6 ayı ərzində İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən 51 (+1) nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 (+1) şəxsin yeri müəyyən olunub.

Ümumilikdə, axtarılanların 56,8 (+4,1) faizinin tutulması təmin edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...