22 Aprel 2014 14:04
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda meyit tapılıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, meyit rayonun N.Tusi küçəsində qeydə alınıb. Üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti tapılıb. Üzərində şəxsiyyəti tapılmadığı üçün meyitin kimliyi müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: