27 İyun 2014 17:22
502

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayon mərkəzində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə Nurəddin Məmmədov münaqişə zəminində həmyerlisi Elvin Qaybalıyevi bıçaqlayıb.

Elvin Qayıbalıyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs həbs edilib.

Əvvəllər məhkumluq həyatı yaşayan Nurəddin Məmmədov kafedə yeyib-içib. O, sərxoş olandan sonra söyüş söyməyə başlayıb. Elvin həmin vaxt ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb. Onların mübahisəsi davaya çevrilib. Sonda qan tökülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: