5 İyul 2014 11:13

Bakıda keçmiş məhkumun evindən külli miqdarda narkotik vasitə tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-də İdarənin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yaşayan Eyvaz Məmmədovun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edilmiş yaş çəkisi 2 kiloqram 800 qram olan 4 ədəd çətənə kolu aşkar olunub. Bundan əlavə, onun evindən 1 kiloqram 110 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

/trend/


Müəllif: