8 İyul 2014 15:26
445

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Ağdaş rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, yenicə həbsxanadan çıxan Əli Əliyev yaşadığı evdə həyat yoldaşı Roza Fərhadovanı bıçaqlayıb. Roza Fərhadova xəstəxanaya yerləşdirilib.

Əli Əliyev 13 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: