9 İyul 2014 12:34
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda dəhşətli qətl hadisəsi törədilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, 38 yaşlı Əli Vəliyev doğma anası 72 yaşlı Tamilə Quliyevanı bıçaqlayaraq qətlə yetirib.

Qohumların istintaqa verdiyi məlumata görə, cinayəti törədən Əli uzun müddət idi ki, Rusiyada yaşayırdı.

Azərbaycana 10 gün idi ki, gələn Əli Vəliyevin belə bir addım atmasına səbəb anası Tamilə Quliyeva ilə mübahisə etmələri olub. Urək nahiyəsindən bir bıçaq zərbəsi alan qadın qanı axa-axa qonşuya qaçmaq istəyib. Lakin yarıyolda keçinib.

2 oğul, 1qız anası olan 72 yaşlı Tamilə Quliyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi çalışıb.

Hadisəni törədən 38 yaşlı Əli Vəliyev isə cinayətini etiraf edərək polisə bildirib ki, mübahisə zəminində əsəbiləşib və hisslərini cilovlaya bilməyib.

Onun barəsində Tovuz Rayon Prokurorlugunda cinayət işi başlanıb.

/publika.az/


Müəllif: