24 Aprel 2014 09:36

Abşeron Rayon Masazır qəsəbəsində 2 avtomobilin toqquşması ölümlə nəticələnib.

Abşeron rayon Polis İdarəsindən Teleqraf.com-a verliən məlumata görə, "Hyundai Santa Fe" markalı avtomobili Rüstəm Cəfər oğlu Nuriyev, VAZ-2107 markalı avtomaşını isə Babək Rüstəm oğlu Cəfərov idarə edib. Qəza 26 yaşlı Fidanə Talıb qızı Teymurovanın həyatına son qoyub. Şahidlərin bilrdirdiyinə görə, mərhum avtomobillərin toqquşması zamanı zərbənin təsirindən bayıra atılaraq yoldan kənara düşüb və aldıı xəsarətdən düynasını dəyişib.


Polis İdarəsindəbn verilən məlumata görə, "Hyundai Santa Fe" markalı avtomobil Masazır qəsəbəsinin ərazisində sola dönərkən sürücü qarşıdan gələn avtomobilləri gözləməyib. Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomaşın isə dönmək üzrə olan "Hyundai Santa Fe"yə çırpılıb.


Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Qəzanın səbəbləri təyin edilən avtotexniki və tibbi ekspertizadan sonra müəyyən olunacaq.

NİGAR


Müəllif: