29 Aprel 2017 14:51
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda silah-sursatın aşkar olması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Murtuzovdan AK-74 markalı silah, 26 ədəd patron və 1 patron darağı götürülüb.

Daha bir əməliyyat Nardaran qəsəbəsində keçirilib. 42-ci polis bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində nömrəsi silinmiş İJ-54 markalı ov tüfəngi və 58 ədəd avtomat patronu tapılıb.

Bundan başqa, Balakən rayon polis şöbəsi əməkdaşları tərəfindən Tülü kənd sakini Aslan Çukqurayevdən müvafiq sənədləri olmayan İJ-58 markalı tüfəng götürülüb.

Hacı Zeynalov


Müəllif: