30 Aprel 2017 00:35
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Maştağa qəsəbəsi ərazisindəki mağazalardan birindən 132 manat pul, tütün məmulatı və danışıq kartları oğurlanıb.

Bu oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cəbrayıl Quliyev 14-cü polis bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: