16 İyul 2014 15:27
381

Bu gün Bakı Apelyasiya Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 22 yaşlı Adəm Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Adəm Əsədovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət üzrə qərar açıqlanıb.

Qərara görə, Adəm Əsədovun şikayəti qismən təmin olunub və cəzasından 1 il çıxılıb. Məhkəmə onun barəsində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adəm Əsədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Adəm Əsədov ötən ilin martın 1-də Bakının Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən “İBO Kebab” restoranında Mövlan Mövlanovla mübahisə edib. O, mübahisə zamanı oxlovla Mövlanı döyərək öldürüb. Hər iki şəxsin restoranın aşpazı olub.

Hacı Zeynalov


Müəllif: