20 May 2017 11:51
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Tehrandakı Daxili İşlər Nazirliyi binasında mətbuat konfransında danışan İran Seçki Komisiyasının rəhbəri Əli Əsgər Əhmədi ilk rəsmi nəticələri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Əhmədi məntəqələrdən seçki komissiyasına gələn ilk nəticələrə görə, 25 milyon 966 min 729 səsdən 25 milyon 182 min 310-nun etibarlı olduğunu bildirib. İslahatçı və mülayim mühafizəkarların namizədi olan Həsən Ruhaninin 14 milyon 619 min 848, mühafizəkarların namizədi İbrahim Rəisinin isə 10 milyon 125 min 855 səs qazandığı deyilir.

Digər iki namizəd Mustafa Mir Səlim 297 min 276 səs, Mustafa Haşimitəbaya isə 139 min 331 səs toplaya bilib.

Əhmədi təqribi nəticələrin gün boyu açıqlanacağını və yekun nəticənin bu günün sonunda bəlli olacağını bildirib.

İlkin nəticələrin açıqlanmasından sonra Ruhani tərəfdarları qələbəni qeyd etməyə hazırlaşıblar. İbrahim Rəisi tərəfdarları da Ruhanini təbrik edib.

Həsən Ruhani məsul müavini Həmid Əbu Turabi Tvitter səhifəsində paylaşım edib:

“Xalqın qazandığına dair nəticələr gəlir. Şənbə günü bayram günü olacaq. Əlimizə çatan nəticələr rəsmi şərh edilmədiyi üçün verə bilmirik. Bir az daha səbr edin. Rəsmi şərhi birazdan edəcəyik”.

İbrahim Rəisi tərəfdarlarından olan mühafizəkar “Keyhan” qəzetinin müavini Fazli Nejad da atdığı tvitdə Rəisinin seçkiləri uduzduğunu bildirib:

"Məhəmməd Mis Qalibafın səsləri Rəisiyə gəlmədi. Mustafa Mir Səlim namizədlikdən çəkilmədi. Bu vəziyyət isə seçkiyə lap az qalmış sürətli bir çöküşə səbəb oldu".

Əldə edilən ilk nəticələr sonrası Həsən Ruhani tərəfdarlarına xəbərdarlıq edərək bildirib ki, rəsmi nəticələr açıqlanmadan və lazımlı icazələr alınmadan qalibiyyət elan etməsinlər.

İran Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 56 milyon 410 min 234 insan qeydiyyatdan keçib. Seçicilərin 42 milyonu səs vermək hüququndan istifadə edib. Seçici fəallığı yüzdə 75-i aşdığı üçün seçki qalibinin bir neçə saat içində rəsmi olaraq açıqlanması gözlənilir.


Müəllif: Şəfiqə Nazimqızı