20 May 2017 21:21
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rəfayel İmaməliyev, Aqil Ağayev, əvvəllər məhkum olunmuşlar - Elçin Məmmədrzayev və Adil Əhmədov tutulublar.

Dəstə üzvləri mayın 18-də A.Mustafayev küçəsindəki körpünün üzərinə quraşdırılan dəmir metaldan olan bəzəkləri oğurlamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com