22 May 2017 13:30
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda quldurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Dəstəfur kənd sakini Rahib Əsədov və Gəncə şəhər sakini Arzu İslamzadə tutulublar.

Onlar bu il fevralın 14-də rayon sakini olan bir qadına bıçaqla hədə-qorxu gəliblər, onun qızıl üzüyünü və 53 manatını alıblar.

Dəstə üzvlərinin əvvəllər məhkum olunduqları bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov